“Real” ulduzunu satışa çıxardı

saytların hazırlanması

Evə çatdırılma

“Real” ulduzunu satışa çıxardı

İdman

19 Noyabr 2026 15:24 48


"Real Madrid" rəhbərliyi ingilis müdafiəçi Trent Aleksandr-Arnold ilə bağlı gələcək sərfəli transfer təkliflərini nəzərdən keçirməyə hazırdır.

“Yeni Sabah” xəbər verir ki, komandanın baş məşqçisi Joze Mourinyo heyət planlamasında sağ cinah müdafiəsi mövqeyini Federiko Valverde və Denzel Dumfris ilə qurmağa daha çox üstünlük verir.

Portuqaliyalı mütəxəssisin bu yanaşması nəticəsində 28 yaşlı Aleksandr-Arnold əsas heyətdəki yerini itirərək həmin mövqedə üçüncü seçim vəziyyətinə düşüb. Məişət texnikası

Oyun praktikasının azalması futbolçunun cari mövsümdəki statistik göstəricilərində də öz əksini tapıb. Trent Aleksandr-Arnold bu mövsüm "Kral klubu"nun heyətində cəmi 8 oyunda meydana çıxıb. Onlardan yalnız 5-də start heyətində yer alan müdafiəçi ümumilikdə 435 dəqiqə meydanda olub. Klub rəhbərliyi futbolçunu məcburi şəkildə komandadan göndərməyə çalışmasa da, qış transfer pəncərəsində münasib maliyyə təklifi gələcəyi təqdirdə danışıqlara açıq olacaq.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!