Şahzadə Harri Rusiyaya qarşı döyüşməyə hazırdır

saytların hazırlanması

Evə çatdırılma

Şahzadə Harri Rusiyaya qarşı döyüşməyə hazırdır

Dünya

19 Noyabr 2026 14:56 73


Britaniya şahzadəsi Harri Rusiyaya qarşı müharibə aparmaq üçün yenidən orduya qoşulmağa hazır olduğunu bildirib.

“Yeni Sabah” xəbər verir ki, Ukraynanın Lvov şəhərinə səfər edən şahzadə Rusiya ilə müharibə və hərbi xidmətə qayıtmaq ehtimalı barədə danışıb.

Harri bildirib ki, ölkəsi ona ehtiyac duyarsa, yenidən hərbi xidmətə qayıtmaqdan çəkinməyəcək: Sərfəli qiymətə məhsullar

“Yenidən xidmətə çağırılsam və belə bir ehtiyac yaransa, veteran və hazırda xidmətdə olan silahdaşlarımın yanında ölkəmə xidmət etmək üçün 100% hazıram”.

Əfqanıstanda 2 dəfə hərbi əməliyyatlarda iştirak edən şahzadə 2015-ci ildə hərbi karyerasını başa vurub.

O, Rusiyanın Ukraynada xəstəxanaları, tibb mərkəzlərini və humanitar yardım məntəqələrini hədəf almasını tənqid edib. Harri beynəlxalq ictimaiyyəti Ukraynaya dəstəyi davam etdirməyə çağırıb.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!