Türkiyəli müğənni Yusuf Güney Peru səfərində içdiyi ayahuasca bitkisi çayı ilə bağlı açıqlamalarına görə 10 ilədək həbs cəzası tələbi ilə üzləşib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Müğənni məhkəmədə verdiyi ifadədə Türkiyəni çox sevdiyini və gələcəkdə ölkəsinə qayıtmaq istədiyini bildirib. Onun vəkili isə Güneyin bitkinin qadağan olunduğunu bilmədiyini və heç kimi ondan istifadəyə təşviq etmədiyini deyərək bəraət istəyib. Onlayn mağaza
Məhkəmə nəzarət tədbirlərinin davam etdirilməsinə və iş materiallarının prokurorluğa göndərilməsinə qərar verib.
Qeyd edək ki, müğənni barəsində hələ yekun hökm çıxarılmayıb.
Aydan Hacı
Telegram kanalımız