Rəsmi qurumdan bələdiyyələrə   TƏCİLİ XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Rəsmi qurumdan bələdiyyələrə TƏCİLİ XƏBƏRDARLIQ

Sosial

04 Noyabr 2026 10:32 164


Son dövrlərdə özlərini Ədliyyə Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslər bələdiyyə üzvlərinə zəng edərək müxtəlif adlar altında pul tələb edirlər.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, qurumun bələdiyyələrlə bağlı fəaliyyəti onların işinin təşkilinə kömək göstərmək, metodoloji yardım etmək və inzibati nəzarəti həyata keçirməklə məhdudlaşır. pizza

Qeyd olunub ki, bu fəaliyyətlə əlaqədar Ədliyyə Nazirliyinə dövlət rüsumunun və ya hər hansı digər adda vəsaitin ödənilməsi nəzərdə tutulmayıb. Bələdiyyələrə belə ödəniş tələbləri də irəli sürülmür.

Nazirlik bələdiyyələrin vəzifəli şəxslərinə diqqətli olmağı, şübhəli zəng və mesajlara, eləcə də digər vasitələrlə edilən qanunsuz ödəniş tələblərinə inanmamağı tövsiyə edib.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!