Serbiyanın keçmiş dövlət başçısı Aleksandar Vuçiç sosial mediada fəallaşıb.
"Yeni Sabah" xəbər verir ki, o özü üçün nahar hazırlamasına dair görüntüləri paylaşıb.
"Nahar vaxtı, saat birin yarısıdır. Başqalarından fərqli olaraq, mən sendviç həvəskarıyam. Çörəyi yüngülcə qızartmağı, bir az kərə yağı sürtməyi, bir az pendir, bəlkə də bir az salami əlavə etməyi sevirəm və mükəmməl, birinci dərəcəli nahar hazırdır", - deyə eks-prezident qeyd edib. pizza hut
O vurğulayıb ki, hər kəs Serbiya Tərəqqipərvər Partiyası ofisinin mətbəxində öz yeməyini hazırlaya bilər.
Bir neçə gün əvvəl A.Vuçiç Macarıstanın sabiq Baş naziri Viktor Orbanla birlikdə olduğuna dair görüntüləri yayımlamışdı.
Xatırladaq ki, Serbiyada 9 il iqtidarda olmuş Vuçiç son prezident seçkilərində məğlub olub.
Telegram kanalımız