Əhali Ağdam və Füzuliyə bu tarixdə qayıdacaq

saytların hazırlanması

Evə çatdırılma

Əhali Ağdam və Füzuliyə bu tarixdə qayıdacaq

Sosial

11 İyun 2023 16:33 797


Hazırda Füzulidə 6 məhəllə inşa olu­nur. 38 binada tikinti-quraşdırma əməliy­yatları sürətlə aparılır. 800 ailənin həmin yaşayış sahəsinə ilin sonunadək köçürülməsi nəzərdə tutulur. Bu proses iki mərhələdə planlaşdırılır. Sentyabr ayına kimi reallaşacaq birinci mərhələdə 260 ailənin məskunlaşdırılması gözlənilir.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəsi Emin Hüseynov "Xalq qəzeti”nə müsahibəsində bildirib..

"Ağdam şəhərində də bu proses sürətlə gedir. Burada ərazi geniş olduğu və bu səbəbdən də böyük həcmdə infrastruktur quruculuğu aparıldığı üçün məskunlaşmanın gələn ilin sonunda başlanacağı nəzərdə tutulur", - deyə o qeyd edib. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!