Salyanda ailə faciəsi: Evdə baş verənlər şoka saldı

saytların hazırlanması

Evə çatdırılma

Salyanda ailə faciəsi: Evdə baş verənlər şoka saldı

Kriminal

27 Oktyabr 2026 16:40 116


Oktyabrın 27-də Salyan rayonunun Sarvan kəndində qətl hadisəsi baş verib. 1998-ci il təvəllüdlü Pərvin İsmayılovun ailə üzvlərinə bıçaqla xəsarətlər yetirdiyi, nəticədə bir nəfərin öldüyü bildirilir.

Bu barədə Salyan rayon prokurorluğundan “Yeni Sabah”a məlumat verilib.

Məlumata görə, həmin gün 1971-ci il təvəllüdlü Çiçək İsmayılovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Marqarita pizza

İlkin araşdırmalar zamanı Pərvin İsmayılovun ailə üzvləri – 1966-cı il təvəllüdlü Ağababa İsmayılova, 1989-cu il təvəllüdlü Təranə İsmayılovaya və Çiçək İsmayılovaya bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Çiçək İsmayılova aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Pərvin İsmayılov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!