Dünya şöhrətli amerikalı müğənni Keti Perri sentyabrın 25-də Bakıda konsert verəcək.
“Yeni Sabah” Modern.az-a istinadla xəbər verir ki, pop ulduzunun çıxışı Formula 1 üzrə Azərbaycan Qran-prisinin 10 illik yubileyi çərçivəsində keçiriləcək.
Keti Perri saat 20:00-da Baku Crystal Hall-da səhnəyə çıxacaq. Konsert Formula 1 yarış həftəsinin əyləncə proqramının əsas tədbirlərindən biri olacaq. Sezar pizza
Qeyd edək ki, Keti Perri son dövrlərdə yalnız musiqisi ilə deyil, şəxsi həyatı ilə də dünya mediasının diqqətindədir. 41 yaşlı müğənni hazırda Kanadanın keçmiş baş naziri Castin Trüdo ilə sevgilidir. Cütlük 2025-ci ildən münasibətdədir və son aylarda birlikdə müxtəlif tədbirlərdə görüntülənib.
Telegram kanalımız