Qubada QƏZA: Ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Qubada QƏZA: Ölən və yaralananlar var

Kriminal

06 Sentyabr 2026 09:15 88


Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 6-da saat 00:20-də Quba-Xaçmaz yolunun rayonun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Quba rayon sakini, 24 yaşlı Seyfəlmülk Telman oğlu Eldarov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırılıb və aşıb. Marqarita pizza

Qəza zamanı sürücü və sərnişin - 26 yaşlı Roman Eynulla oğlu Ramazanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Avtomobildə olan digər sərnişin - 26 yaşlı Sənan Samir oğlu Ramazanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!