Sentyabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində mina partlayışı baş verib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb.
Qeyd edilib ki, Ağcabədi rayonunun Şotlanlı kənd sakini, 1972-ci il təvəllüdlü Elmdar Xan oğlu Sarıyevin minalardan təmizlənməmiş ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə nəticəsində Elmdar Sarıyev xəsarət alıb. pizza
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
Telegram kanalımız