Əli İsa Cabbarovdan sensasiyalı iddia: “AKİ real ləğv təhlükəsi ilə üz-üzədir”

saytların hazırlanması

Evə çatdırılma

Əli İsa Cabbarovdan sensasiyalı iddia: “AKİ real ləğv təhlükəsi ilə üz-üzədir”

Mədəniyyət

29 İyul 2026 16:54 190


“Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sabaha elan edilmiş idarə heyətinin iclasının yetərsayını süni bəhanələrlə pozmaq cəhdləri var”.

“Yeni Sabah” xəbər verir ki, bunu AKİ-nin katibi Əli İsa Cabbarov bildirib.

O qeyd edib ki, təşkilat real ləğv təhlükəsi ilə üz-üzədir. Toyuqlu pizza

Sabaha saat 3-də Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) idarə heyətinin iclası keçiriləcək.

2 gün əvvəl AKİ bəyanat yayaraq qurumda yaranmış böhran vəziyyəti və sədr seçimi ilə bağlı qurultayın tarixini müəyyənləşdiriləcəyini bəyan edib.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) sentyabr ayında növbədənkənar qurultay keçirəcək. Mayın 26-da keçirilən qurultayda qəbul olunan qərarlar Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənməyib.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!