Süni intellektin gələcəkdə insanlıq üçün təhlükə yaradacağı ilə bağlı müzakirələr davam edir. Elon Mask isə bu mövzuda verilən suala gözlənilməz cavab verib.
“Yeni Sabah” xəbər verir ki, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri Elon Mask ABŞ-nin Los-Anceles şəhərində keçirilən süni intellekt və yeniliklər sammitində iştirak edib.
Maskdan “Hamımız 10 il ərzində öləcəyik?” sualı soruşulub. O isə suala istehzalı şəkildə belə cavab verib: “Sizi məyus etmək istəmirəm, amma onsuz da bir gün hamımız öləcəyik”. pizza mizza
Mask bununla yanaşı, süni intellektlə bağlı təhlükələrin ciddi olduğunu bildirib. Onun sözlərinə görə, lazımi təhlükəsizlik tədbirləri görülməsə, texnologiya inkişaf etdikcə risklər də arta bilər. İş adamı xüsusilə hərbi sistemlərə nəzarətin süni intellektə keçməsinin təhlükəli ola biləcəyini deyib. O, süni intellekt hazırlayan böyük şirkətlərin yeni modelləri istifadəyə verməzdən əvvəl bir-birlərinin sistemlərini təhlükəsizlik baxımından yoxlamasını təklif edib.
O, həmçinin Çinlə bu sahədə razılaşmanın mümkün olduğunu və qarşılıqlı nəzarət mexanizminin yaradılmasının vacibliyini vurğulayıb.
Son dövrlərdə bəzi süni intellekt tədqiqatçıları da bu texnologiyanın nəzarətdən çıxması ilə bağlı xəbərdarlıqlar edirlər. Onlardan bəziləri gələcəkdə daha inkişaf etmiş sistemlərin ciddi təhlükələr yarada biləcəyini düşünür.
Əsmətxanım Rzazadə
Telegram kanalımız