Vardanyanın arvadı Bakıya gəlmək istəyir

saytların hazırlanması

Evə çatdırılma

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Hadisə

06 Noyabr 2026 22:53 203


Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb.

"Yeni Sabah" Globalinfo.az-a istinadən xəbərinə görə, o bildirib ki, müxtəlif ölkələrdən qadınların təmsil olunduğu nümayəndə heyəti Bakıya səfər edərək Umbakı Penitensiar Kompleksində saxlanılan erməni məhbuslarla görüşmək istəyir.

Zonabendin sözlərinə görə, nümayəndə heyətinin məqsədi məhbuslara yaxınlarının məktublarını, fotolarını və bağlamalarını çatdırmaqdır. Pepperoni pizza

O qeyd edib ki, səfərlə bağlı hazırlıq işləri davam edir. Nümayəndə heyəti müvafiq razılaşmalar əldə olunduqdan sonra Bakıya gəlməyə hazırdır.

Zonabend, həmçinin bildirib ki, məhbuslar üçün müxtəlif şəxslər tərəfindən toplanan 1254 məktub oktyabrın 1-də Ermənistan hökumətinə təqdim edilib. Məktubların Bakıya çatdırılmasına kömək göstərilməsi xahiş olunub.

“Bizim məqsədimiz dəyişməz olaraq qalır: yaxınlarımızı görmək və məhbusların ailələri ilə əlaqəsini bərpa etmək istəyirik”, – deyə o vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!