Tramp Ağ Evə yeni aparat rəhbəri təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Tramp Ağ Evə yeni aparat rəhbəri təyin etdi

Dünya

07 Noyabr 2026 00:27 35


Ağ Evin yeni aparat rəhbəri Stiven Miller olacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında paylaşım edib.

"Administrasiyada Ağ Evin aparat rəhbərinin müavini vəzifəsini tutan və ən yaxın məsləhətçilərimdən biri olan Stiven Millerin noyabrın 9-dan etibarən aparat rəhbəri vəzifəsinə keçəcəyini elan etməkdən məmnunam", - deyə Tramp yazıb. Sezar pizza

O, hazırda bu vəzifəni tutan Syuzan Uaylsın siyasi fəaliyyətlə bağlı qeyri-hökumət strukturunda başqa işə keçəcəyini də bildirib.

Qeyd edək ki, Donald Tramp oktyabrda Ağ Evin aparat rəhbərini dəyişdirmək niyyətində olduğuna dair məlumatları qəti şəkildə təkzib etmişdi./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!