Xameneinin Putinə məktubu: görün nə istədi

saytların hazırlanması

Evə çatdırılma

Xameneinin Putinə məktubu: görün nə istədi

Dünya

06 Noyabr 2026 23:15 100


İran Rusiya ilə “S-400” zenit-raket komplekslərinin satın alınmasına dair danışıqlar aparır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə “Teleqraf” nəşri məlumat yayıb.

Qəzetin məlumatına görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ölkənin ali lideri Müctəba Xameneinin bu sistemlərin tədarükü ilə bağlı xahişinin yer aldığı məktubu Rusiya Prezidenti Vladimir Putinə çatdırıb. Marqarita pizza

Bildirilib ki, Tehran ABŞ və İsrailin dağıdıcı zərbələrindən sonra hava hücumundan müdafiə sistemini bərpa etməyə ümid edir.

Nəşrin məlumatına görə, Moskva Ukraynadakı hərbi ehtiyaclarını nəzərə alaraq “S-400” komplekslərinin tədarükünə könülsüz razılıq verə bilər./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!