Bolqarıstan Hərbi Hava Qüvvələrinin (HHQ) növbətçi "MiQ-29" qırıcı təyyarələri partlayış təhlükəsi barədə məlumat almış 2 sərnişin təyyarəsini Sofiya hava limanına qədər müşayiət edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
"Üçüncü "Qraf İqnatiyevo" aviabazasının "MiQ-29" qırıcı təyyarələri göyərtəsində partlayıcı qurğuların olması barədə məlumat daxil olan sərnişin təyyarələrini Bolqarıstanın hava məkanında müşayiət ediblər. HHQ ekipajları hava məkanına nəzarət və onun mühafizəsi üzrə müəyyən edilmiş qaydalara uyğun olaraq bütün nəzərdə tutulmuş prosedurları uğurla yerinə yetiriblər", - nazirliyin məlumatında bildirilib. pizza hut
Təyyarələr London və Brüsseldən yola düşmüşdü. Sofiyadakı Vasil Levski adına hava limanında eniş etdikdən sonra hər iki təyyarə sərhəd polisi əməkdaşları tərəfindən yoxlanılıb və şübhəli əşyalar aşkarlanmayıb.
Qeyd olunub ki, təyyarələrin müşayiət olunması NATO-nun hava məkanının mühafizəsi üzrə "Air Policing" missiyası çərçivəsində həyata keçirilib./Report
Telegram kanalımız