Avqustun 1-də anasını qətlə yetirməkdə şübhəli bilinərək həbs edilən Elvin Məmmədovun ölüm səbəbi məlum olub.
"Yeni Sabah" Qafqazinfo-ya istinadla xəbər verir ki, Sabunçu Tibb Mərkəzindən bildirilib:
Avqustun 21-də saat 14:40 radələrində 1992-ci il təvəllüdlü şəxs (kişi) Penitensiar xidmətinin əməkdaşlarının müşayiəti ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Pasiyentə beyin-qan dövranının işemik insult tipli pozulması diaqnozu təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, avqustun 23-ü saat 16:00 radələrində onun bioloji ölüm faktı qeydə alınıb. Dördpendirli pizza
Xatırladaq ki, Elvin Məmmədov “NİDA” Vətəndaş Hərəkatının üzvü olan, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun qardaşıdır.
Telegram kanalımız