İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ-nin Tehrana qarşı yeni sərt sanksiyalar tətbiq etmək vədlərini keçmiş prezident Barak Obamanın 2012-ci ildəki tvitini xatırladaraq şərh edib.
"Yeni Sabah" xəbər verir ki, XİN başçısı bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
Həmin vaxt Obama vitse-prezidenti Co Baydenin İrana "sanksiyalar tarixinin ən sarsıdıcı sanksiyaları. Nöqtə" vəd etdiyi sözlərindən sitat gətirmişdi. pizza hut
"14 il əvvəl: "Tarixin ən dağıdıcı sanksiyaları". İşə yaramadı. 8 il əvvəl: "Maksimum təzyiq". İşə yaramadı. 5 ay əvvəl: "Qeyd-şərtsiz təslim olma". İşə yaramadı. Bu gün: "Tarixin ən sarsıdıcı iqtisadi əməliyyatı". İflasa məhkumdur.
Biz bu filmi artıq görmüşük. Həmin cəfəngiyatdır. Sadəcə, indi hədələyənlər başqalarıdır", - deyə Əraqçı qeyd edib.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İrana qarşı güclü iqtisadi təzyiq əməliyyatına başladığını elan etmişdi./Oxu.az
Telegram kanalımız