Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədri, Prezident Rəcəb Tayyib Ərdoğan ölkənin əsas müxalifət təşkilatı olan Cümhuriyyət Xalq Partiyasının (CHP) daxilində baş verənlərə və Kamal Kılıçdaroğlunun yenidən sədrliyə qayıtmasına münasibət bildirib.
“Yeni Sabah” xəbər verir ki, o, CHP-dəki proseslərin hakimiyyətlə heç bir əlaqəsinin olmadğını söyləyib.
“CHP daxilindəki mübahisələrin heç biri bizi maraqlandırmır”, Ərdoğan vurğulayıb. pizza
Türkiyə Prezidenti ölkəsinin hazırkı prioritetlərinin tamamilə fərqli olduğunu diqqətə çatdırıb. O, CHP-dəki daxili siyasi çəkişmələrin süni gündəm yaratmaq cəhdi olduğunu deyib:
“Ölkəmizin yeni növ “qayıqçı davalarına” (mənasız çəkişmələrə) deyil, 86 milyon vətəndaşımızı maraqlandıran fundamental məsələlərdə ortaq məxrəcə gəlməyə ehtiyacı var. Terror qurbanı olmayan, təhlükəsiz bir Türkiyə prosesini hər cür siyasi polemikadan uzaq tutmaq və həll yollarına səmimiyyətlə töhfə vermək bütün siyasi institutların əsas vəzifəsidir”.
R.T.Ərdoğan rəsmi Ankaranın əsas hədəfinin daxili intriqalar deyil, milli təhlükəsizlik və iqtisadi sabitlik olduğunu bir daha xatırladıb:
“Belə bir həssas dönəmdə Türkiyənin diqqətini yayındırmağa, millətimizin bir-birinə bağlılığını pozmağa heç kimin haqqı yoxdur və ola da bilməz”.
Qeyd edək ki, CHP-nin 2023-cü il noyabrın 4-5-də keçirilmiş 38-ci qurultayının nəticələri ləğv edilib. Bununla bağlı Ankara Məhkəməsi qərar çıxarıb. Qərara əsasən, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. Eyni zamanda, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu sədr postuna bərpa edilib.
Mayın 24-də polis Ö.Özel və tərəfdarlarından qərərgahı boşaltmağı və K. Kılıçdaroğluna təhvil verməyi tələb edib. Onlar bununla razılaşmayıb. Nəticədə polis partiya qərərgahının qapısını qıraraq içəri girib. Bu zaman müqavimət göstərənlərə qarşı gözyaşardıcı qazdan istifadə olunub. Sonda Ö.Özel və tərəfdarları qərərgahdan çıxıb. Onlar Türkiyə Böyük Millət Məclisinə yürüş edib.
Telegram kanalımız