Müştəri restoranı şərləyib 300 manat tələb etdi - FOTOFAKT

saytların hazırlanması

Evə çatdırılma

Müştəri restoranı şərləyib 300 manat tələb etdi - FOTOFAKT

Hadisə

21 Oktyabr 2026 09:34 88


Balaxanı qəsəbəsində fəaliyyət göstərən "Neftçi" kafesi ilə sifarişçi arasında qalmaqallı insident yaşanıb.

“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkədə paylaşılan şikayətə görə, "Wolt" çatdırılma xidməti vasitəsilə sözügedən məkandan xaş sifariş edən Tamerlan adlı şəxs yeməyin içərisindən xırda tüklər çıxdığını iddia edərək fotosunu sosial şəbəkələrdə paylaşıb.

İddia olunur ki, kafe rəhbərliyi sifarişin məbləğini müştəriyə geri qaytarıb. Lakin buna baxmayaraq, həmin şəxs "WhatsApp" mesajlaşma tətbiqi üzərindən obyekt sahibindən əlavə olaraq 300 manat tələb edib. Pepperoni pizza

Pul verilməyəcəyi təqdirdə sosial şəbəkələrdəki şikayət paylaşımlarını silməyəcəyini və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) şikayət edəcəyini bildirərək kafe sahibini hədələyib. Hadisə ilə bağlı mesajlaşma görüntülərinin və bank kartı məlumatlarının mövcud olduğu qeyd edilir.

Məsələ bir sıra qaranlıq məqamları da gündəmə gətirir. Belə ki, narazılıq yaranmasına baxmayaraq, sonradan yenidən eyni məkandan sifariş verilməsi və ardınca pul tələb olunması iddiaların nə dərəcədə əsaslı olduğunu sual altına alır.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!