“Bir neçə gündür mövzu xeyli aktuallaşıb. Dostumuz Nadir Qəfərzadənin, maşallah, hər zaman öz aktuallığı, məclisləri var. Bu gün də dostumuz Elvin bu barədə danışır. Mən də uzun illərdir toyların təşkilatçılığı ilə məşğulam və bu sahədə öz mövqeyim var”.
“Yeni Sabah” xəbər verir ki, bunu ifaçı seçinə dair müzakirələrə qoşulan prodüser Tarix Əliyev bildirib.
O qeyd edib: “Özümü kiminsə marionetkasına çevirmirəm. Məni sevən, mənə güvənən insanlar bilir ki, toylarının təşkilatçılığını Tarixə həvalə edə bilərlər. Çünki mən aparıcılıq etmirəm, toyun təşkilatçılığını həyata keçirirəm. pizza
Elə ailələr olub ki, restoran rəhbərliyi onlara başqa şəxsləri təklif edib. Amma ailə öz seçimini edib: “Tolik on il bundan əvvəl oğlumun toyunu edib, ailəmizə yaxın insandır. Qızımızın toyunu da ona etibar edirik”. Mənim üçün əsas olan da budur — illərlə qazanılan etibar və insan münasibətləri.
Aparıcılar da müğənnilər kimi fərqli auditoriyalara xitab edirlər. Elə insanlar var ki, toylarında xalqın dilini bilən, şeirlə, sözlə, nəğmə ilə məclisi idarə edən aparıcı istəyirlər. Elə ailələr də var ki, daha fərqli üsluba üstünlük verirlər”.
Prodüser bildirib ki, müğənninin işi məclisin musiqi hissəsini zənginləşdirməkdir:
“Mənim təşkilatçılığını etdiyim toylarda sifarişçilərin istəyinə uyğun olaraq , Leyla Quliyeva, Afaq Gəncəli, Könül Muxtarova kimi xanım aparıcılar olub. Kişi aparıcılardan isə Nəsib Nur, Tural Əsədov və digər peşəkarlarla çalışmışam.
Bəzi müğənnilər həm aparıcılıq edir, həm də toy idarə edirlər. Mənim şəxsi fikrim isə budur: özünə və sənətinə hörmət edən müğənni toyda aparıcılıqla deyil, musiqisi ilə seçilməlidir. Müğənninin işi məclisin musiqi hissəsini öz sənəti ilə zənginləşdirməkdir. Aparıcının işi isə məclisi idarə etmək, qonaqları bir araya gətirmək və toyun ahəngini qorumaqdır.
Hər kəs öz peşəsinin sərhədlərini və dəyərini qoruyanda həm sənətə, həm də peşəkarlığa hörmət artır”.
Qeyd edək ki, müğənni Nadir Qafarzadə bir neçə gün öncə sosial media hesabında paylaşım edərək bəzi toy təşkilatçılarının ifaçı seçiminə müdaxilə etməsindən narazılığını bildirmişdi. Həmin müzakirələrə aparıcı Elvin Mərdanov və bir sıra tanınmış şəxslər də qoşulub.
Aydan Hacı
Telegram kanalımız