Sülh faktdır, çünki Ermənistan və Azərbaycan liderləri sülh sazişini imzalayıblar.
Yenisabah.az armenian news-a istinadla xəbər verir ki, bunu hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Sarkis Xandanyan deyib.
"Bir sıra səylər göstərilməlidir. Bunlara sülh sazişinin yekun imzalanması və ratifikasiyası daxildir", - Xandanyan bildirib.
Deputat qeyd edib ki, Azərbaycanın daimi ilkin şərti Ermənistan Konstitusiyasına dəyişikliklərdir.
Onun fikrincə, sülh fakt olaraq qala bilməz. Davamlı olaraq danışıqlar yolu ilə qorunmalıdır.
Telegram kanalımız