Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və gübrə yola salınacaq.
"Yeni Sabah" xəbər verir ki, sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 4 vaqon buğda, 4 vaqon gübrə göndəriləcək.
Daha əvvəl Biləcəri dəmir yolu stansiyasından "Azərbaycan Dəmir Yolları" ilə 126 ton karbamidlə yüklənmiş iki vaqon və 67 ton unla yüklənmiş bir vaqon yola salınıb. Toyuqlu pizza
Bu günə qədər Rusiyadan Ermənistana Azərbaycan vasitəsilə tranzit olaraq 28 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 tondan çox alüminium və 68 ton qarabaşaq yarması daşınıb.
Tranzitlə yanaşı, Azərbaycan Ermənistana neft məhsulları da ixrac edir. Bu günə qədər Ermənistana 10 min tondan çox dizel yanacağı, 979 tondan çox Aİ-92 benzini və 2955 tondan çox Aİ-95 benzini ixrac edilib.
Telegram kanalımız