Əsgər gedən gəncin gündəm olan VİDEOSU

saytların hazırlanması

Evə çatdırılma

Əsgər gedən gəncin gündəm olan VİDEOSU

Sosial

11 May 2026 08:49 154


Əsgərliyə yola salınan gəncin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb. Xüsusilə onun atasına dediyi sözlər və səsləndirdiyi muğam ifası diqqət çəkib.

"Yeni Sabah" xəbər verir ki, yayılan videoda gəncin hərbi xidmətə yollanmadan əvvəl atasına müraciət edərək "Ata, bir "Segah" oxuyum, sonra gedim" deməsi duyğusal anlar yaşadıb. Daha sonra isə o, muğam ifasını səsləndirib.

Ətrafdakılar tərəfindən lentə alınan görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb. Gəncin səsi və muğama olan sevgisi izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Marqarita pizza

Videoya çoxsaylı rəylər yazılıb. Bir çox istifadəçi gəncin vətən sevgisini, milli musiqiyə bağlılığını və səmimi davranışını alqışlayıb. Görüntülər xüsusilə muğamsevərlər tərəfindən də maraqla paylaşılıb./milli.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!