“44” filminin nümayişində qanunsuz çəkiliş aparanlar cəzalanacaq

saytların hazırlanması

Evə çatdırılma

“44” filminin nümayişində qanunsuz çəkiliş aparanlar cəzalanacaq

Mədəniyyət

19 Oktyabr 2026 14:03 90


Mədəniyyət Nazirliyi yanında Kino Agentliyi "44" bədii filmi ilə bağlı ictimaiyyətə müraciət edib.

"Yeni Sabah" xəbər verir ki, agentlik seanslar zamanı mobil telefon və ya digər cihazlarla filmin çəkilməsi, görüntülərin icazəsiz qeydə alınması və yayılmasını "yolverilməz" adlandırıb.

"Bu cür hərəkətlər filmin istehsalçısına, yaradıcı heyətə və filmi izləməyə gələn digər tamaşaçılara qarşı hörmətsizlikdir. pizza

"Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanunun 15-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, əsərin surətinin çıxarılması müəlliflik hüququ sahibinin müstəsna hüquqlarına daxildir. Qanunda surətçıxarma anlayışına videoyazı formasında hazırlanma da daxildir. Buna görə filmin icazəsiz qeydə alınması və xüsusilə həmin görüntülərin paylaşılması müəlliflik hüquqlarının və qanunvericiliyin tələblərinin pozulmasına səbəb ola bilər".

Müraciətdə tamaşaçılardan seanslar zamanı filmin mobil telefon və ya digər cihazlarla qeydə alınmamasını, habelə filmə aid görüntülərin hüquq sahibinin icazəsi olmadan yayılmamasını qəti şəkildə tələb edilib.

"Bu tələblərin pozulması İnzibati Xətalar Məcəlləsinin 185-ci maddəsinə, qanunla müəyyən edilmiş şərtlər mövcud olduqda isə Cinayət Məcəlləsinin 165.1-ci və 165.2-ci maddələrinə əsasən məsuliyyətə səbəb ola bilər.

Qanun pozuntusu faktlarını aşkar edildikdə, təqsirli şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcəkdir", - məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!