Azərbaycanda kərə yağı idxalı azalıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda kərə yağı idxalı azalıb

İqtisadiyyat

19 Oktyabr 2026 14:56 79


Azərbaycana xarici ölkələrdən gətirilən kərə yağı və süddən hazırlanmış digər yağların həm fiziki həcmində, həm də statistik dəyərində azalma qeydə alınıb. 

“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin ilk 9 ayı (yanvar-sentyabr) ərzində ölkəyə 18 min 652.27 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Bu idxalın statistik dəyəri 113 milyon 534.41 min dollar təşkil edib. Sözügedən məhsulların ümumi ölkə idxalındakı xüsusi çəkisi 0.85% olub.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə ölkəyə 19 min 770.16 ton kərə yağı və süddən hazırlanmış digər yağlar gətirilmişdi. Həmin dövrdə həyata keçirilən idxalın statistik dəyəri 136 milyon 376.70 min dollar (ümumi idxalda payı 0.81%) təşkil etmişdi. pizza hut

Rəqəmlərdən göründüyü kimi, illik müqayisədə ölkəyə gətirilən kərə yağının fiziki həcmi 1 117.89 ton (və ya 5.65%), maliyyə dəyəri isə 22 milyon 842.29 min dollar (və ya 16.75%) azalıb. 

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!