Yeni nazirə ilk gündən mühüm vəzifə: Səhiyyədə nələr dəyişəcək?

saytların hazırlanması

Evə çatdırılma

Yeni nazirə ilk gündən mühüm vəzifə: Səhiyyədə nələr dəyişəcək?

Sağlamlıq

19 Oktyabr 2026 14:36 113


Anar Bayramov Azərbaycanın səhiyyə naziri vəzifəsində kollektivə təqdim olunub.

“Yeni Sabah” xəbər verir ki, Prezident İlham Əliyevin 19 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə Anar Məhərrəm oğlu Bayramov səhiyyə naziri təyin edilib. Yeni naziri kollektivə Baş nazirin müavini Teymur Musayev təqdim edib.

Təqdimat mərasimində çıxış edən Teymur Musayev dövlət başçısının qurumun qarşısında qoyduğu vəzifələri diqqətə çatdırıb. O, səhiyyə sahəsində dövlət siyasətinin ardıcıl davam etdirilməsinin və qarşıya qoyulan hədəflərə nail olmaq üçün mövcud imkanların səfərbər edilməsinin vacibliyini vurğulayıb. Həmçinin yeni nazirə və nazirliyin kollektivinə fəaliyyətlərində uğurlar arzulayıb. Marqarita pizza

Anar Bayramov göstərilən etimada görə təşəkkürünü bildirib. O, qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib. Yeni nazir səhiyyə sahəsində mövcud imkanlardan səmərəli istifadə olunmasının, idarəetmənin müasir prinsiplər əsasında təşkilinin və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinin əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 19 oktyabr 2026-cı il tarixli “Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanına əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

Qərarların səhiyyə sahəsində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə, qurumlararası əməkdaşlığın gücləndirilməsinə və tibbi xidmətlərin daha səmərəli təşkili üçün vahid yanaşmanın formalaşdırılmasına töhfə verməsi nəzərdə tutulur.

Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin artırılması və səhiyyə sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!