Həmin rəis İŞDƏN QOVULDU: Vətəndaşı təhqir etmişdi

saytların hazırlanması

Evə çatdırılma

Həmin rəis İŞDƏN QOVULDU: Vətəndaşı təhqir etmişdi

Siyasət

19 Oktyabr 2026 15:28 356


Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsindən azad olunub.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Əmr imzalayıb.

Əmrə əsasən, Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi Alim Abbasov tutduğu vəzifədən azad edilib. pizza sifarişi

Digər Əmrlə bu vəzifəyə Müşfiq Mehdixanov gətirilib. M.Mehdixanov buna qədər Şəmkir Maşın-Kanal və Nasos Stansiyalarının İstismarı İdarəsinin baş mühəndisi vəzifəsində çalışıb.

Qeyd edək ki, sosial şəbəkələrdə A.Abbasovun vətəndaşı təhqir etməsi ilə bağlı görüntüləri yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!