Ev dustaqlığına buraxılma: Bu hansı hallarda həyata keçirilir?

saytların hazırlanması

Evə çatdırılma

Ev dustaqlığına buraxılma: Bu hansı hallarda həyata keçirilir?

Sosial

14 May 2026 16:29 141


Azərbaycanda ötən il xüsusilə ağır cinayətlərdə ittiham olunan 4 nəfər ev dustaqlığına buraxılıb.

“Azərbaycanda qətimkan tədbirlərinin tətbiqi zamanı məhkəmələrdə bir sıra hüquqi və sosial meyarlar nəzərə alınır. Xüsusilə ev dustaqlığı ilə bağlı qərar şəxsin davranışı, yaşayış yeri və istintaq prosesinə təsiri əsasında qiymətləndirilir”.

Bunu “Yeni Sabah”a “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib. Dominos pizza

Onun sözlərinə görə, qətimkan tədbirləri prosessual məcburiyyət tədbirlərinin növlərindən biridir:

“Məqsəd şübhəli və ya təqsirləndirilən şəxsin qanunsuz davranışının qarşısını almaq, istintaq və məhkəmə icraatının normal gedişini təmin etməkdir. Qətimkan tədbirlərinin tətbiqi əsasları müəyyən edilərkən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmədə toplanmış materiallar araşdırılır. Bu tədbirlər yalnız o hallarda tətbiq edilə bilər ki, şübhəli və ya təqsirləndirilən şəxsin istintaqdan və ya məhkəmədən gizlənməsi, cinayət prosesinin normal gedişinə mane olması, sübutları gizlətməsi və ya məhv etməsi, zərərçəkmişə və ya şahidlərə təsir göstərməsi, yaxud yenidən cinayət törətməsi ehtimalı üçün kifayət qədər əsaslar olsun”.

Ə.Nuriyev qeyd edib ki, qətimkan tədbirinin növü seçilərkən törədilmiş cinayətin ağırlığı, şəxsin yaşı və sağlamlıq vəziyyəti, ailə və sosial durumu, daimi yaşayış yerinin olub-olmaması, əvvəllər məhkum edilib-edilməməsi və cəmiyyətdə davranışı nəzərə alınır.

O əlavə edib ki, ev dustaqlığı Azərbaycan Respublikasında daimi yaşayış yeri olmayan şəxslərə tətbiq edilmir. Bu tədbirin tətbiqi üçün şəxsin müəyyən yaşayış ünvanının olması vacibdir:

“Zəruri hallarda insan hüquq və azadlıqlarının təmin olunması məqsədilə qətimkan tədbiri dəyişdirilə və ya ləğv edilə bilər. Həmçinin qadınlar, yetkinlik yaşına çatmayanlar, yaşlı şəxslər və ağır xəstələr barəsində daha yüngül qətimkan tədbirlərinin seçilməsi mümkündür”.

Aytəkin Əzizqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!