Əgər ev heyvanı ilə yaşayırsınızsa, hər gün təmizlik etməyiniz şərtdir. Həftəlik təmizlik ev heyvanı olan evlərdə kifayət etmir.
“Yeni Sabah”ın araşdırmasına əsasən günlük təmizlik edilmədikdə hər tərəfə tük yığılır. Ona görə də gündəlik təmizliyi vərdiş halına gətirməlisiniz. Evi sadəcə süpürüb-silmək tam gigiyena üçün bəs etmir. Ev heyvanınızın yemək və su qablarını da mütəmadi yumalısınız. Əks halda, bu qablarda çox sürətlə bakteriya yarana bilər. Pişik qutusunu havasız və dar bir yerə qoysanız, evin havasını kirlədə bilər. Ona görə də qutunu evdə havası yaxşı dəyişən (havadar) bir yerə qoysanız, qoxu sizi narahat etməz. Tüklü dostunuzun davamlı yatdığı çarpayılar zamanla çirklənir və qoxuyur. Mütəmadi yumaqla bunun qarşısını ala bilərsiniz. Xüsusilə mövsüm keçidlərində tük tökülməsi artdığı üçün daha tez-tez yumağı düşünə bilərsiniz.
Təmizlik vasitələrini seçərkən diqqətli olmalısınız. Kimyəvi təmizlik məhsulları ev heyvanları üçün doğru seçim deyil. Ona görə də heyvanlar üçün zərərsiz (pet-dostu) təmizlik vasitələrinə üstünlük verməlisiniz. Bu növ məhsullar pişiyinizin və ya itinizin dərisinə zərər vermir. Oyuncaqlar davamlı olaraq pişiyinizin və ya itinizin ağzındadır, buna görə də təbii ki, çirklənirlər. Mütəmadi təmizləmədikdə bakteriya yayırlar. Odur ki, tüklü dostunuzun oyuncaqlarını da mütləq yumalısınız. Marqarita pizza
Robot tozsoranınız varsa, filtr baxımını gecikdirməməlisiniz. Ev heyvanı olan evlərdə tük çox olur. Bu da robot tozsoranın filtrinin daha tez dolmasına səbəb olur. Filtri mütəmadi təmizləməsəniz, robot tozsoran istədiyiniz kimi yaxşı işləməz. Hava təmizləyicidən istifadə edə bilərsiniz. Ev heyvanı olan evlərdə döşəmələr kimi hava da çirklənir. Havadakı tükləri və mikrohissəcikləri təmizləməyin yolu isə hava təmizləyicilərdən istifadə etməkdir. HEPA filltrli hava təmizləyiciləri evin havasını təmizləyib rahatladır. Ev heyvanınızın hər şeyini yuduğunuz paltaryuyan maşını da təmizləməlisiniz. Çünki heyvanın bütün tükləri filtrlərdə toplanır. Maşının filtrini mütəmadi təmizləməklə bu yığılmanın qarşısını ala bilərsiniz.
Cəlalə Cəlalqızı
Telegram kanalımız