Evlərini, Novxanıdakı villasını, avtomobillərini satdı

saytların hazırlanması

Evə çatdırılma

Evlərini, Novxanıdakı villasını, avtomobillərini satdı

Siyasət

03 Noyabr 2025 16:25 51515

Adı son günlər Ramiz  Mehdiyev işində və AMEA-da 3 milyonluq cinayətdə hallanan keçmiş deputat, hazırda AMEA-nın Sosial Xidmətlər Şöbəsinin müdiri olan Elton Məmmədov ətrafında söz-söhbət bitmir.

Bundan öncə Baş Prokurorluğun yaydığı rəsmi xəbərdə Elton Məmmədovun  vurduğu 3 milyon manatın onun tərəfindən ödənildiyi barədə məlumat verilmişdi.

“Yeni Sabah” bildirir ki, Oxu24.com-un özəl mənbədən əldə etdiyi xəbərə görə, Elton Məmmədov qeyd olunan pulu ödəmək üçün olan-qalan hər şeyini satıb. 3 milyonu ödəmək Elton Məmmədova heç də asan olmayıb. pizza

Belə ki, o, Novxanı qəsəbəsindəki dəbdəbəli bağ evini, 3 ədəd son model avtomobili, “20 Yanvar” metrosu ətrafında yerləşən kafesini, “MAİN” Yaşayış Kompleksində  beş ədəd  2 və 3 otaqlı mənzilləri, böyük sahəyə malik avtoqarajı, Həsən Əliyev küçəsində - keçmiş “Tramvay Parkı”nın yerində yerləşən özünəməxsus şirkətin inşa etdiyi hündürmərtəbəli binadakı iki mənzili dəyər-dəyməzinə satıb.

Xatırladaq ki, Elton Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Qardaşların ikisi də dövlətə xəyanət və başqa ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının  sabiq rəhbəri, AMEA-nın keçmiş  prezidenti  Ramiz Mehdiyevin sadiq adamları olduğu bildirilir.

Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ülviyyə
    Bütün imkanlı adamların adlarında olan və gizlətdikləri həlirlərfən vergi tutulsun. Mollalıq edən, toylara gedən musiqiçilərdən vergi tutulsun. Bütün bu vergilər əslində həmin vergi ödəyənlərin özlərinə və əsil nəcabətlərinə qayıdır. Bu necə olur deyim; pensiyalar öfənilir; uşaq pulu verilir və maaşlar verilir. Ona görədə VERGİ VERMƏK LAZIMDIR
    6 months ago

  • sahib
    Bu qardaşlar mənim halallığımı verməyincə başları qalmaqallardan qurtarmaz...
    6 months ago