Porto-Rikolu Cennifer Barreto 116 rəqibini geridə qoyaraq 2026-cı ilin “Kainat gözəli” seçilib.
“Yeni Sabah” xəbər verir ki, 27 yaşlı qadın evli və övlad sahibi kimi bu titula layiq görülən ilk iştirakçıdır.
Gözəllik yarışmasının 75-ci mərasimi Puerto-Rikonun paytaxtı San-Xuanda keçirilib. Dünyanın müxtəlif ölkələrindən 116 qadının qatıldığı yarışmanın qalibi ev sahibi ölkənin təmsilçisi Cennifer Barreto olub. Məişət texnikası
“Miss Universe” təşkilatı 2023-cü ildə qaydalarında dəyişiklik edib. Həmin dəyişiklikdən sonra evli və övladı olan qadınlara da yarışmada iştirak etmək hüququ verilib.
ABŞ ordusunda xidmət edən Yan Karlos Barreto Kalderonla evli olan Cenniferin Penelopa adlı 7 yaşlı qızı var.O, psixologiya və klinik sosial xidmət sahələri üzrə iki magistr dərəcəsinə malikdir. Hazırda sosial xidmət sahəsində çalışır.
Cennifer Barretonun qələbəsi Puerto-Riko üçün də xüsusi əhəmiyyət daşıyır. O, ölkəsinə 20 ildən sonra yenidən “Kainat gözəli” tacını qazandırıb. Barreto tacı ötən ilin qalibi, meksikalı Fatima Boşdan təhvil alıb. Yarışmada Dominikan Respublikasının təmsilçisi Melissa Nunes ikinci, Venesuela təmsilçisi Klara Veqas isə üçüncü yeri tutub.
Əsmətxanım Rzazadə
Telegram kanalımız