Gəncəlilər “Kəpəz”i tək qoymur – 98 min azarkeş!

saytların hazırlanması

Evə çatdırılma

Gəncəlilər “Kəpəz”i tək qoymur – 98 min azarkeş!

İdman

25 Noyabr 2026 13:40 49


Gəncənin "Kəpəz" futbol klubu 2026-cı il üzrə doğma meydandakı oyunlarını başa vurub.

“Yeni Sabah” xəbər verir ki, "sarı-göylər" cari mövsüm ərzində Gəncə şəhər stadionunda 7-si ölkə çempionatı, 1-i isə kubok qarşılaşması olmaqla ümumilikdə 8 matç keçirib.

Gəncəli azarkeşlərin komandaya göstərdiyi böyük maraq nəticəsində bu görüşləri tribunadan ümumilikdə 98 800 tamaşaçı izləyib. Bu göstərici ilə Gəncədəki oyunlar atmosfer baxımından avrokubok matçları səviyyəsində maraqla qarşılanıb. Bakıda online alış-veriş

Mövsüm ərzində ən yüksək azarkeş sayı noyabrın 22-də "Qarabağ"la keçirilən qarşılaşmada (15 500 nəfər) qeydə alınıb. Bundan başqa, sentyabrın 4-də "Şamaxı" ilə oyunu 15 000, sentyabrın 20-də "Sumqayıt"la matçı 14 500, oktyabrın 18-də "Zirə" ilə görüşü 13 800, avqustun 30-da "Turan Tovuz"la qarşılaşmanı 13 500, sentyabrın 12-də "Qəbələ" ilə oyunu 11 000, noyabrın 1-də "İmişli" ilə matçı 10 500, oktyabrın 28-də "Baku Sportinq"lə baş tutan kubok görüşünü isə 5 000 azarkeş stadiondan izləyib.

Statistik göstəricilər Gəncə şəhər stadionunun ölkə futbolunda ən yüksək azarkeş kütləsinə malik arenalardan biri olduğunu bir daha təsdiqləyir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!