Xalq artisti Fatma Mahmudova qızları ilə birlikdə yaşadığı çətin günlərdən danışıb.
Yenisabah.az xəbər verir ki, sənətçi bu barədə “Qonaqcanlı” verilişində danışıb.
Fatma Mahmudova xəstə olduğu dönəmdə kürəkəninin ona dəstək məqsədilə Türkiyədən gəldiyini bildirib: pizza hut
“Mən xəstə olanda kürəkənim də Ankaradan gəldi. Düşmənlərimi yaxşı tanıdım. Gələn də sağ olsun, gəlməyən də. Çoxları mənə yaxın gəlmədi. Dedilər ki, öləcək. Mən yaxşını da, pisi də tanıdım”.
Qeyd edək ki, Fatma Mahmudova bir neçə ay əvvəl insult keçirmişdi.
Aydan Hacı
Telegram kanalımız