FHN və TƏBİB xəstəxanadakı yanğın barədə məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

FHN və TƏBİB xəstəxanadakı yanğın barədə məlumat yaydı

Sosial

26 Aprel 2023 16:08 607


Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə xəstəxanada baş verən yanğın barədə məlumat yayıb. 

FHN-dən Yenisabah.az-a verilən xəbərə görə, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Gəncə Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli xəstəxana binasının zirzəmisində yerləşən elektrik lövhəsində baş verdiyi müəyyən edilib. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, xəstəxana binası yanğından mühafizə edilib. pizza mizza

Paralel olaraq, təhlükəsizlik tədbirləri çərçivəsində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən 58 nəfər xəstə və 90 nəfər xəstəxana personalı təhlükəsiz əraziyə təxliyə olunub. Xəstəxananın reanimasiya şöbəsində 1963-cü il təvəllüdlü Məmmədova Nazilə Həbib qızının meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

***

Məlum olduğu kimi, 26.04.2023-cü il tarixində saat 09:50 radələrində TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada elektrik şitində tüstülənmə baş verib.

TƏBİB-dən Yenisabah.az-a verilən xəbərə görə, hadisə nəticəsində tibb müəssisəsinin Reanimasiya və Cərrahiyyə şöbələrində müalicə alan 8 pasiyent Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya, 10 pasiyent Abbas Səhhət adına xəstəxananın Yoluxucu şöbəsinə, 18 pasiyent Gəncə Perinatal Mərkəzinə, 1 pasiyent Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib.

Eyni zamanda tibb müəssisəsinin 3 əməkdaşı hadisə zamanı xəsarət alıb. Onlardan 2-si Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya, 1-i isə Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyətləri stabildir.

Qeyd edək ki, hazırda Abbas Səhhət adına xəstəxananın mərkəzi korpusunun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Məlumat üçün bildirək ki, xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədovanın ölüm səbəbi ilə bağlı tibbi ekspertiza təyin olunub. Nəticəsi barədə əlavə məlumat veriləcək.

Hadisə ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!