Flora Kərimova ilə bağlı üzücü xəbər

saytların hazırlanması

Evə çatdırılma

Flora Kərimova ilə bağlı üzücü xəbər

Mədəniyyət

16 İyul 2026 12:09 2085


Bu gün səhər saatlarında Xalq artisti Flora Kərimovanın səhhəti pisləşib.

“Yeni Sabah” xəbər verir ki, müğənni üçün Təcili Tibbi Yardım briqadası çağırılıb. İfaçıya yerində ilkin tibbi yardım göstərilib.

F. Kərimovanın qızı Zümrüd Axşam.az-a açıqlamasında anasının vəziyyətinin hazırda yaxşı olduğunu bildirib. Dördpendirli pizza

"Hazırda yaxşıdır. Dincəlir. İnşallah, daha da yaxşı olacaq" deyə, Zümrüd əlavə edib.

Qeyd edək ki, 84 yaşlı Flora Kərimovanın bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. Müğənninin müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Eyni zamanda, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da xalq artistinə baş çəkib. Səhhətindəki problemlərlə əlaqədar olaraq sənətkarın iyunun 20-də Yaşıl Teatrda planlaşdırılan çıxışı da sentyabr ayına təxirə salınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!