“Flydubai”də baş baş verib? - İsrail kəşfiyyatı araşdırır

saytların hazırlanması

Evə çatdırılma

“Flydubai”də baş baş verib? - İsrail kəşfiyyatı araşdırır

Dünya

30 Sentyabr 2026 16:46 91


İsrailin nəqliyyat naziri Miri Regev Təl-Əvivə istiqamət almış sərnişin təyyarəsini qaçırmaq cəhdindən sonra ölkəsinə bütün "Flydubai" uçuşlarının dayandırılmasını tələb edib.

"Yeni Sabah" Jerusalem Post-a istinadla xəbər verir ki, "Flydubai"yə İsrailə uçuş icazəsi bir şərtlədir: pilotlar İsraillə diplomatik münasibətləri olan ölkələrin vətəndaşları olmalıdır.

Təyyarəni qaçırmağa cəhd edən pilotun Oman vətəndaşı olması ehtimalı var. Omanın İsraillə diplomatik münasibətləri yoxdur. Ekipajda Oman pilotunun mövcudluğu aviaşirkətlə bağlanmış müqavilənin pozulması sayıla bilər. "Shin Bet" kəşfiyyat agentliyi və Mülki Aviasiya İdarəsi hazırda məsələni araşdırır. Pepperoni pizza

Dubaydan Təl-Əvivə uçan təyyarə əvvəlcə fəlakət, sonra qanunsuz müdaxilə siqnalı verib, daha sonra o, istiqamətini dəyişib və Səudiyyə Ərəbistanındakı Tabuk hava limanına eniş edib.

Aviaşirkət təyyarədə insidentin baş verdiyini təsdiqləyib, həm də bütün sərnişinlərin təhlükəsiz olduğunu bildirib.

Təyyarədə 100-dən çox İsrail sərnişini olub.

İddiaya görə, pilotlardan biri təyyarəni qaçırmağa və yerə çırpmağa cəhd edib. İkinci pilotun müdaxiləsindən sonra təyyarədə dava düşüb. İsrail sərnişinləri müdaxilə edib və bədəməli sakitləşdiriblər. Təyyarədə Cənubi Afrika və Yeni Zelandiya vətəndaşları olan 2 mülki pilot varmış. Onlar idarəetməni ələ keçirib və təyyarəni Səudiyyə Ərəbistanında endirməyi bacarıblar. Təyyarəni qaçıranın guya Oman, ikinci pilotun isə BƏƏ vətəndaşı olduğu bildirilir.

İsrail və Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətləri yoxdur.

Hər iki pilot xəstəxanadadır və Səudiyyə hakimiyyəti Oman pilotunu dindirir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!