ABŞ-də bütün hava limanlarında uçuşlar niyə dayanıb?   - Səbəb bu imiş...

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-də bütün hava limanlarında uçuşlar niyə dayanıb? - Səbəb bu imiş...

Dünya

14 Noyabr 2026 23:57 53


ABŞ-də bütün hava limanlarından uçuşların bir neçə saatlıq dayandırılmasına səbəb olan genişmiqyaslı nasazlığın kiberhücumla əlaqəli olmadığı müəyyən edilib.

"Yeni Sabah" xəbər verir ki, bunu ABŞ-nin nəqliyyat naziri Şon Daffi mətbuat konfransında bildirib.

“Kiberhücum olubmu? Başqa bir ölkə bu şəbəkəyə hücum edibmi? Bu barədə çoxlu suallar verilib. Biz belə hesab etmirik”, – nazir deyib. Onlayn mağaza

Onun sözlərinə görə, müvafiq qurumlar hadisədə kiberhücum və ya xarici qüvvələrin iştirakına dair heç bir əlamət aşkar etməyiblər.

Daffi bildirib ki, nasazlıq ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) sistemində aparılan texniki işlər zamanı yaranıb.

Nazirin sözlərinə görə, FAA-nın uzaqda yerləşən obyektlərindən birində “L3Harris” şirkəti mis rabitə kabelini fiber-optik kabellə əvəz edirmiş. Ehtimallara əsasən, ya dəyişdirmə işləri düzgün aparılmayıb, ya da sistemə nasaz marşrutlaşdırıcı quraşdırılıb.

Bu isə ABŞ üzrə hava nəqliyyatının fəaliyyətində genişmiqyaslı fasiləyə səbəb olub.

Şon Daffi bildirib ki, hazırda uçuşların idarə olunması ilə bağlı avadanlığın fəaliyyəti tam bərpa edilib. Bununla belə, aviareyslərdə əlavə gecikmələrin və ləğvlərin olacağı gözlənilir.

Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma davam etdirilir./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!