Türkiyəli müğənni Mustafa Ceceli telefon və internet vasitəsilə həyata keçirilən dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
“Yeni Sabah” xəbər verir ki, İğdır şəhərinin işğaldan azad edilməsinin 106-cı ildönümü tədbirləri çərçivəsində bölgəyə səfər edən sənətçi yerli polis idarəsində maarifləndirici videoya çəkilib.
Kibercinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşının da iştirak etdiyi videoda Ceceli bildirib ki, özünü polis, hərbçi və ya prokuror kimi təqdim edən şəxslər vətəndaşlardan heç vaxt pul və ya qızıl tələb edə bilməzlər. Məişət texnikası
Müğənni belə şəxslərin tələblərinə inanmamağa və bu cür hallarla qarşılaşdıqda 112 Təcili Çağrı Mərkəzinə məlumat verməyə çağırıb.
Polis əməkdaşı isə internet üzərindən alış-veriş zamanı diqqətli olmağın vacibliyini vurğulayıb. O, vətəndaşlara alış-veriş saytlarının etibarlılığını yoxlamağı, bank və kart şifrələrini heç kimlə paylaşmamağı tövsiyə edib.
Qeyd edək ki, video İğdır Polis İdarəsi tərəfindən vətəndaşların dələduzluq üsulları barədə məlumatlandırılması məqsədilə hazırlanıb.
Aytac Əliyeva
Telegram kanalımız