İsveçdə keçirilən yeniyetmələr arasında beynəlxalq "Gothia Cup" futbol turniri zamanı Efiopiyadan olan komandanın 20 üzvü itkin düşüb.
"Yeni Sabah" The Local-a istinadla xəbər verir ki, turnirdə 77 ölkədən komandalar iştirak edib və Efiopiya yarışda 4 komanda ilə təmsil olunub.
İsveç polisi itkin düşən şəxslərin qanunsuz miqrasiya məqsədilə könüllü şəkildə yoxa çıxdıqlarını ehtimal edir. Turnirin final günü futbolçuların və onları müşayiət edən şəxslərin qaldığı otelin əməkdaşları bütün qrupun yaşayış yerini tərk etdiyini aşkar edib. pizza hut
Yarışın təşkilatçıları dərhal polisə müraciət ediblər. Turnirin başa çatmasından 10 gün keçməsinə baxmayaraq, itkin düşən 20 nəfərin harada olduğu hələ də məlum deyil.
Telegram kanalımız