Futbolçu Türkiyədəki həyatını pislədi

saytların hazırlanması

Evə çatdırılma

Futbolçu Türkiyədəki həyatını pislədi

İdman

10 Oktyabr 2026 12:01 77


Ötən mövsüm "Kayserispor"un şərəfini qoruyan və yayda Rusiyanın "Rodina Moskva" klubuna keçən Nigeriya əsilli hücumçu German Onuqxa Türkiyədə yaşadığı dövrü xatırlayıb.

“Yeni Sabah” xəbər verir ki, o, futbolçu Kayseri şəhərindəki yaşam şəraitindən və qarşılaşdığı münasibətdən şikayətlənərək yerli əhalini və xidmət sektorunu kəskin tənqid edib:

“Bütün Türkiyə adından danışa bilmərəm, amma Kayseriyə gəlincə, burada həyat bərbaddır. Vəziyyəti bir qədər yumşaltmaq üçün belə deyirəm. Son illərdə özümü toparlamağıma kömək etdiyi üçün kokos suyu içirəm, amma şəhərdə onu tapmaq demək olar ki, mümkün deyil. Ya heç yoxdur, ya da çox azdır”. Sezar pizza

Onuqxa şəhərdəki restorandan tutmuş taksilərə qədər hər yerdə aldadıldığını iddia edib:

“Yeməklərin keyfiyyəti bərbaddır. Restoranlar bərbaddır. Normal taksi yoxdur. Hər kəs sizi aldatmağa çalışır. Futbolçu olduğunuzu öyrənəndə isə sizi beşqat artıq aldadırlar. Məsələn, xurma almaq üçün bazara gedirik. Normalda onun qiyməti bəllidir. Amma futbolçu olduğunuzu görəndə tərəzidə sizi aldadırlar. Hər yerdə fırıldaq var!”

Bu iddialar Türkiyə mətbuatında və "Kayserispor" azarkeşləri arasında böyük narazılıq və kəskin etiraz dalğası yaradıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!