G7 konfrans təşkil etmək niyyətindədir

saytların hazırlanması

Evə çatdırılma

G7 konfrans təşkil etmək niyyətindədir

Dünya

14 Sentyabr 2022 17:36 905


"Avropa İttifaqı və ABŞ Afrika və Latın Amerikasında investisiya strategiyasını müzakirə etmək üçün Yeddilik Qrupu (G7) ölkələrinin iştirakı ilə konfrans təşkil etmək niyyətindədir".

Yenisabah.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen sentyabrın 14-də Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasının illik proqram çıxışında Avropa İttifaqının vəziyyəti barədə danışarkən deyib.

“Biz bu planların həyata keçirilməsini təmin etmək üçün ABŞ və Yeddilik Qrupu (G7) ölkələrindən olan dostlarımızla birləşəcəyik. Bununla əlaqədar olaraq, bu investisiyalar üzrə layihələri nəzərdən və həyata keçirmək üçün ABŞ prezidenti Co Baydenlə liderləri görüşə çağıracağıq”, - deyə o vurğulayıb. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!