Gecikənlər əlavə pul ödəyəcək -   Əhalinin diqqətinə!

saytların hazırlanması

Evə çatdırılma

Gecikənlər əlavə pul ödəyəcək - Əhalinin diqqətinə!

İqtisadiyyat

19 Sentyabr 2026 13:31 301


Sentyabrın 21-də bir sıra vergi ödənişlərinin həyata keçirilməsi tələb olunur.

Bu barədə "Yeni Sabah"a Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan tarixədək xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlavə dəyər vergisi, aksizlər, yol vergisi və mədən vergisi ödənilməlidir. Dominos pizza

Həmçinin pul vəsaitlərinin nağd çıxarılması üzrə sadələşdirilmiş vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə ödəmə mənbəyində tutulan verginin də sentyabrın 21-dək ödənilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, ödənişlər vaxtında həyata keçirilmədiyi təqdirdə əlavə faizlər hesablanır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!