Bəxtiyar Dali tək deyilmiş - Həmin qızın vəkili danışdı

saytların hazırlanması

Evə çatdırılma

Bəxtiyar Dali tək deyilmiş - Həmin qızın vəkili danışdı

Kriminal

03 Noyabr 2026 19:46 304


Novxanıdakı “milyonluq villa”nın sahibi Bəxtiyar Dalinin həbsi ilə bağlı özəl xəbərimiz ölkə gündəmini zəbt edib.

“Yeni Sabah” xəbər verir ki, xəbər yayıldıqdan sonra hadisə və xüsusən zərərçəkmiş qadınla bağlı müxtəlif iddialar səsləndirilib.

Adının açıqlanmasını istəməyən zərərçəkmiş vəkili Vüqar Əliyev vasitəsilə açıqlama göndərib. pizza sifarişi

Vəkilin sözlərinə görə, Bəxtiyar Dalidən əlavə, daha 2 nəfər də cinayətdə iştirak edib:

“Bəxtiyar da daxil olmaqla 3 nəfər bağ evində qadını zorlamaq istəyib. Qız onların əlindən qaçdıqdan sonra polisə şikayət edib. İstintaq başlayandan sonra Bəxtiyar Dali həbs edilib, ikinci şəxs ölkədən qaçdığı üçün axtarışa verilib, digər şəxslə bağlı isə araşdırma davam edir.

“Qafqazinfo”da xəbər yayıldıqdan sonra bəziləri hadisənin restoranda baş verdiyini, guya qızın müğənni olduğunu iddia edir.

Bu, əsassız söhbətdir. Müvəkkilim olan həmin qadın müğənni deyil, hadisə də restoranda baş verməyib”.

Vüqar Əliyev hadisə ilə bağlı əlavə məlumat yayılarkən həssas davranmağa, xüsusən zərərçəkmiş şəxsin şəxsiyyəti və fəaliyyəti barədə iddialar irəli sürməkdən çəkinməyə çağırıb.

Vəkil qeyd edib ki, hazırda ibtidai istintaq davam edir, prokurorluq işi hərtərəfli araşdırır./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!