Polşa xüsusi təyinatlılarını Rusiya ilə sərhədə göndərdi

saytların hazırlanması

Evə çatdırılma

Polşa xüsusi təyinatlılarını Rusiya ilə sərhədə göndərdi

Dünya

03 Noyabr 2026 19:26 79


Polşanın GROM xüsusi təyinatlı qüvvələrinin hərbçiləri təxribatların qarşısını almaq məqsədilə keçirilən polis əməliyyatına cəlb olunmaq üçün Kalininqrad vilayəti ilə sərhədə göndəriliblər.

"Yeni Sabah" xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk Nazirlər Kabinetinin iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

“Bu əraziyə polis, sərhəd xidməti və antiterror bölmələrinin əhəmiyyətli qüvvələrinin göndərilməsi barədə qərar qəbul etmişik”, - o bildirib. Marqarita pizza

Tusk bu addımın Polşa və xarici xüsusi xidmət orqanlarının mümkün təxribat və diversiyalar barədə məlumatlarına əsaslandığını bildirib.

Polşa mətbuatı yazır ki, Tuskun antiterror qüvvələri adlandırdığı GROM xüsusi təyinatlıları Rusiya ilə sərhəddə vəziyyəti müşahidə edəcək./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!