Dünyaşöhrətli aktyorlar Bred Pitt və Ancelina Colinin daha bir övladı atasının soyadından imtina edib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə “Entertainment Weekly” nəşri müvafiq məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, cütlüyün 18 yaşlı qızı Vivyen rəsmi olaraq “Coli-Pitt”olan soyadını “Coli”yə dəyişib. Adın dəyişdirilməsi noyabrın 2-də Los-Ancelesdəki Kaliforniya Ali Məhkəməsinin hakimi tərəfindən təsdiqlənib. pizza mizza
Sənədlərə əsasən, adın dəyişdirilməsinə heç bir etiraz olmayıb.
Qeyd edək ki, Pitt və Colinin digər qızı Zahara da bu ilin sentyabr ayının sonunda soyadından “Pitt” hissəsini çıxararaq, adını Zahara Marli Coli (Zahara Marley Jolie) olaraq dəyişdirib. Cütlüyün oğlu Maddoks və qızı Şaylo da oxşar qərar qəbul ediblər./Qafqazinfo
Telegram kanalımız