Gələn həftə neçə gün iş olmayacaq?

saytların hazırlanması

Evə çatdırılma

Gələn həftə neçə gün iş olmayacaq?

Sosial

26 Dekabr 2022 10:05 26441


Dekabrın 31-dən etibarən Azərbaycanda bayram tətili başlayır. 

Yenisabah.az xəbər verir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə ardıcıl 5 gün iş olmayacaq. 

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib. Azərbaycanda bayram günləri və tətil Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Müvafiq olaraq, 2022-ci il 31 dekabr və 2023-cü il 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən qanunvericiliyə əsasən, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 2023-cü il 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq.  pizza

Bu hesabla,Yeni il bayramında ardıcıl 5 gün qeyri-iş günü olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!