Görün, Eldar Mahmudov nə qədər pensiya alır

Görün, Eldar Mahmudov nə qədər pensiya alır

Sosial

25 Yanvar 2023 10:12 61158


Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov 6 min manata yaxın pensiya alır.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Gununsesi.info-nun əldə etdiyi xəbərdə bildirilir. Məlumata görə, sabiq MTN şefinin pensiyasının yüksək məbləğdə hesablanması onun uzun illər nazir və yüksək rütbə daşıması ilə əsaslandırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saytın bu barədə sorğusunu cavablandırmaqdan imtina edib.

Nazirlikdən bildirilib ki, pensiya məbləği şəxsi məlumatlar kateqoriyasına aid edildiyindən bu barədə ya şəxsin özü tərəfindən, ya da müvafiq məhkəmənin sorğusu əsasında  açıqlama verilə bilər.

Qeyd edək ki, MTN-nin ləğvindən sonra cəmiyyətdə Mahmudovun həbs ediləcəyi barədə gözləntilər olsa da sonradan özünü doğrultmadı.

Baxmayaraq ki, MTN-nin 22 nəfər yüksək vəzifəli şəxsi məhz vəzifə cinayətlərinə görə, mühakimə olunub.

Qeyd edək ki, Azərbaycanda minimum pensiya 280 manat təşkil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!