Göyçayın Aşağı Qaraməryəm kəndi ərazisində ilan sancması qeydə alınıb.
"Yeni Sabah" xəbər verir ki, 40 yaşlı Coşqun Zərbəliyev təsərrüfat işləri ilə məşğul olarkən ilan onun əl barmağından sancıb.
O, Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə yerləşdirilib. Marqarita pizza
Ona ilkin tibbi yardım göstərilib və ilan zəhərinə qarşı zərdab vurulub.
Hazırda C.Zərbəliyevin müalicəsi xəstəxanada davam etdirilir.
Telegram kanalımız