“Green card” arzusunda olanların nəzərinə -   ABŞ bu addımı atdı

saytların hazırlanması

Evə çatdırılma

“Green card” arzusunda olanların nəzərinə - ABŞ bu addımı atdı

Dünya

23 May 2026 12:50 137


ABŞ “Green card” qaydalarında dəyişikliklər edib.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı ABŞ-nin Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) məlumat yayıb.

Belə ki, artıq ABŞ ərazisində olan zaman “Green card” üçün müraciət etmək mümkün olmayacaq. pizza

Tramp administrasiyası bu ölkədə olan və “Green card” üçün müraciət edən şəxslərdən ABŞ ərazisindən çıxmasını tələb edəcək. Bildirilib ki, həmin şəxslər yalnız müraciətinə baxıldıqdan və qərar qəbul edildikdən sonra ABŞ-yə daxil ola biləcəklər.

Bu, ABŞ-də qanuni və daimi yaşamaq və işləmək hüququ axtaran yüzminlərlə insanın həyatını kökündən dəyişdirə biləcək.

Yerli hakimiyyət orqanları bu qərarın ölkədə qanunsuz çalışan şəxslərə görə verildiyini bildirir.

USCIS nümayəndəsi Zak Kaler deyib ki, bu məsələdə fövqəladə vəziyyət halında istisnalar mümkündür:

“Əcnəbilər öz ölkələrindən “Green card” üçün müraciət edən zaman onları ABŞ ərazisində axtarmaq məcburiyyətində qalmırıq. Bu, qanunsuz miqrasiya ilə mübarizə üsuludur”.

Qeyd edək ki, ötən ilin aprel ayında Tramp ölkəsinin sərt immiqrasiya siyasəti həyata keçirmək üçün “cəsarətli ədalət sisteminə” ehtiyacı olduğunu bəyan etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!